"Heç bilmirəm nədən başlayım. Ailəmizin dağılmağından, ya reytinq üçün ağlına gələn xəbəri yazan, özünə "redaktor deyənlərdən-¦ Siz özünüzü necə tanıyırsız bilmirəm, amma mən o kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum.
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibinin əri, repçi Səid Əliyev (Dado) instaqramda yazıb.
O, boşanmaqları barədə yayılan xəbərlərə münasibət bildirib. Dado mətbuatda "pul üçün ailə qurdu tipli yazılan xəbərlərə sərt reaksiya verib:
"Adam kişi olar. Bu söhbəti çıxaranlardan ayrı danışacağıq. Belə absurd xəbərin haradan çıxardığınızı mənə təqdim edəcəksiz. Şər və böhtan ortadadır. Kimsə özünü bu rolda görə bilər, belə addımlara normal baxır.
Deyərsiz ki, şou-biznes adamlarıdır və .s Xeyr! Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Özünüzə gəlin, bu nə biabırçılıqdır. İnsanlığınızı itirməyin, bu günün sabahı da var. Natavan, olanlara görə məni bağışla! Sən mənim ailəmsən və ailəmizin dağılmasına imkan verməyəcəm. Səni sevirəm.
Qeyd edək ki, müğənni Natavan Həbibi bir neçə gün bundan əvvəl instaqramda S. Əliyevlə boşanacağını elan etmişdi.