"Sumqayıt" klubu bir müddət əvvəl həbs edilən futbolçusu Nicat Muxarovla yollarını ayırıb.
Unikal.org report-a istinadən xəbər verir ki, klub 22 yaşlı yarımmüdafiəçini heyətdə saxlamağı lazım bilməyib.
Muxtarovun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Nicat sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulmuş, daha sonra sərbəst buraxılmışdı.