Türkiyədə yenə təcavüz hadisəsi baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 aprel Türkiyədə "23 aprel Milli Suverenlik və Uşaq Bayramı" (23 nisan Ulusal Egemenlik ve Çocuk bayramı) günündə məktəbdə yaranan qarışıqlıqdan istifadə edən 30 yaşlı şübhəli şəxs məktəbə girərək 8 yaşlı qıza pilləkəndə və sinif otağında təcavüz edib. Hadisə məktəb rəhbərliyi tərəfindən ört-basdır edilməyə çalışılsa da, qızın anası valideynlər vasitəsi ilə həqiqəti öyrənib. O, dərhal polisə müraciət edib.
Məsələ ilə bağlı araşdırma aparılır.