Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Unikal.org xəbər verir ki, UEFA-nın rəsmi saytı azarkeşlərin 8 futbolçu arasında seçim edəcəyini yazıb:
Xuan Kuadrado (Yuventus), Tolisso (Bavariya), Eden Hazard (Çelsi), Filippe Koutinyo (Liverpul), Kriştiano Ronaldo ("Real"), Son Xın Min (Tottenhem), Pako Alkaser (Barselona), Bernard (Şaxtyor).
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcəklər.
Azərbaycan çempionu "Qarabağ Çempionlar Liqasının son turunda səfərdə "Romaya 0:1 hesabı ilə uduzub.