Həyat hekayəsi "Ayla filmində əks olunan koreyalı Kimin mənəvi atası Süleyman Dilbirliyi dünyasını dəyişib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tənəffüs çatışmazlığı səbəbindən Heydərpaşa Nümunə Xəstəxanasında reanimasiyaya yerləşdirilən Dilbirliyini həyata qaytarmaq mümkün olmayıb.
Qeyd edək ki, 1950-ci ildə Türkiyədən Koreyaya göndərilən əsgərlərin arasında olan Süleyman Dilbirliyi müharibə zamanı anasını və atasını itirmiş koreyalı qızı himayəsinə götürmüş və onu Ayla adlandıraraq 15 ay saxlamışdı. Türkiyəyə qayıtmaq məcburiyyətində qalan Dilbirliyi böyütdüyü qızı 60 il sonra görə bilmişdi. Bütün bunlar isə Türkiyənin bul il "Oskara təqdim etdiyi "Ayla filmində öz əksini tapıb.