"Qalatasaray"ın prezidenti Dursun Özbək, idman direktoru Cenk Ergün və baş məşqçi İqor Tudor arasında görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüşdən sonra klub rəhbərliyi iki ulduz futbolçunun transferi üçün hərəkətə keçib.
Sol cinahda köklü dəyişikliklər etmək istəyən "Qalatasaray" müdafiənin cinahına "Ateliko"dan Filipe Luisi transfer etmək istəyir. Sol cinah hücumçusu kimi isə "Şalke 04"dən Yevgeni Konoplyankanın alınması nəzərdə tutulub.
"Şalke 04"ün ukraynalı futbolçu üçün tələb etdiyi transfer məbləği bəlli deyil. Amma "Atletiko"nun braziliyalı müdafiəçisi üçün 4,5 milyon avro istədiyi deyilir.