Çempionlar Liqasının qrup mərhələsindən sonra klubların UEFA reytinqi bəlli olub.
Unikal.org-un məlumatına görə, siyahıda müəyyən dəyişiklərə olub.
Son olaraq "Roma ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan "Qarabağ bir pillə geriləyib. Buna həm də "Astananın "Slaviya üzərində qələbəsi (1:0) səbəb olub. Qazaxıstan klubu Avropa Lqiasının qrup mərhələsinin son turunda qazandığı qələbə ilə bir pillə irəliləyərək 67-ci yeri tutub.
Hazırda 68-ci pillədə qərarlaşan çempionumuzun 20.500 xalı var. BATE və "Yanq Boyz da eyni xalla "Qarabağa şərikdir.
Siyahıya İspaniya "Realı başçılıq edir.
Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.