"Konsertə hazırlaşırıq. Geniş miqyaslı konsertdir. Proqramı iki günlük planlaşdırmışıq. Ola bilər ki, üç günlük də olsun. Konsert 14-15 fevral tarixlərində Heydər Əliyev Sarayında olacaq. Ansamblla bərabər indidən hazırlıqlar gedir. Düşünürəm ki, mənim konsertim tam fərqli olacaq. Çünki artıq təcrübə də toplamışam. Bu il təxminən 20-yə yaxın konsert vermişəm.
Unikal.org-un məlumatına görə, bu sözləri "ARB Ulduzun "Virtual həyat proqramına açıqlamasında müğənni Talıb Tale deyib.
Evlilik məsələsində günü günə satıb xeyir işini ertələyən Talıb, belə görünür ki, hələ ürəyincə olan bir xanımla rastlaşmayıb:
"Evlənməyimi çoxdan deyirlər. Gərək daxildən həvəs olsun də. Bir ara gəldi o həvəs, indi o qədər iş həvəsi var ki. İstəyirəm evlilik məsələsini önə çəkim, alınmır. Digər bir tərəfdən hələ ürəyimcə olan insan da qarşıma çıxmayıb.
Əsas xarakterimiz düz gəlməlidir. Qorxuram bundan. Evlililik çox ciddi addımdır. Mənə çox çətin gəlir.
Mənə gün ərzində qohumlardan ən az iki şəkil gəlir. Baxıb deyirəm ki, şəkillə evlilik olmur.