Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə Açıqgöz "Sıfır tolerans" yeni klipi təqdim edib. Türkiyə mətbuatı iddia edib ki, müğənni klipdə seksual görünməsi üçün bəzi kosmetoloji əməliyyatlardan keçib. Xəbərdə deyilir ki, Hadisə klip çəkimləri öncəsi gözəllik mərkəzlərinin birində dodağlarını və sinəsini dolğu ilə şişirdib.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Hadisə xəbərləri təkzib edib. O bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Hər yerim orjinaldır".
Çəkisinin artmasına da münasibət bildirən müğənni belə deyib: ""Kilom haqqında danışanlar mənə şiddət göstərirlər".
Türkiyə mətbuatı müğənnin bu fikrindən sonra onun kilipdən əvvəl evində çəkdirdiyi fotonu yayımlayıblar.
Həmin fotonu sizlərə təqdim edirik: