Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva Orxan Nadirovun həbs olunmasından xəbərsiz olduğunu deyib.
Unikal.org xəbər verir ki, yenicag.az-a açıqlama verən G.Quliyeva ümumiyyətlə, onunla maraqlanmadığını bildirib:
"Orxanın həbs olunub-olunmaması məni maraqlandırmır. Nə onun üzünü görürəm, nə də səsini eşidirəm. İki il bizi məhkəmələrdə süründürdü. İlhamə öləndə dedik ki, gəl yanımızda ol. Orxan isə əvəzində o məhkəmədən çıxıb, bu məhkəməyə üz tutdu. Bacımın ürəyini partladıb öldürdü. Mən onunla maraqlanmıram. Heç bilmirəm nə üstündə tutulub, hardadır, nə işlə məşğul olur. Bizim ünsiyyətimiz yoxdur. Xəstə adamam, qoyun yerimdə sakit oturum".