Rusiyanın teatr və kino aktyoru Leonid Sergeyeviç Bronevoy ağır xəstəlikdən sonra Moskvada 88 yaşında vəfat edib.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, görkəmli aktyorun ölümü barədə məlumatı "Lenkom Moskva teatrının direktoru Mark Varşaver verib.

Kinoya bir qədər gec - 36 yaşında gələn Leonid Bronevoy 40 filmdə çəkilib. Ona əsl şöhrəti kinodakı üç rolu: "Baharın on yeddi anında Müller, "Məhəbbət formuluunda həkim, "Pokrov qapılarında Velyurov obrazları qazandırıb.

Aktyor 2012-ci ildə infarkt keçirməsinə baxmayaraq, yenidən səhnəsində 1980-ci illərdən çıxış etdiyi "Lenkom teatrına qayıtmışdı.