Almaniya vətəndaşı Pınar Diləklə evli olan türkiyəli müğənni Tarkan bu yaxınlarda Köln şəhərinə köçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan, Almaniyada yaşamaq icazəsi almasıyla bağlı "Bild" qəzetində çıxan xəbərlərə reaksiya verib: Xəbərdə, Meqastarın "Türkiyədəki mühafizəkar" siyasətdən narahat olaraq ölkəni tərk etmə qərarı verdiyini deyilib. 

"Almaniyanın "Bild "qəzetində 6 Dekabr 2017 tarixində haqqımda yalan məlumat verilib. Bu da gərəksiz fərziyyələrə gətirib çıxarıb. Ölkəmi tərk etməyi heç vaxt düşünməmişəm. Heç buna vaxtımda yoxdur. Sadəcə həyat yoldaşım Almanaiya vətəndaşı olduğu üçün oralara tez-tez gedirik. Yaxınları ilə görüşür və tez-tez səyahət edirik. Buna görə, Almaniyadan oturum vizası almaq üçün bu ölkənin müvafiq orqanlarına müraciət etmişəm. Onlarda bu müraciətimi belə bir şərhə yönəldiblər"