Məşhur rusiyalı aktyor Leonid Bronovey dünyasını dəyişib.

Unikal.org-un xarici KİV-ə istinadən xəbərinə görə, 89 yaşlı xalq artisti uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Çalışdığı teatrda mərhumla vida mərasimi keçirilib.

Qeyd edək ki, Leonid tamaşaçılara "Baharın 17-ci anı" filmindən tanışdır.