Tanınmış rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Unikal.org-un məlumatına görə, rejissor Rövşən Almuradlının axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər stansiyasında olarkən vəziyyəti pisləşib. R. Almuradlının ürək və ağciyərində problem yaranıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.