İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən "Mançester Yunayted - "Mançester Siti oyunundan (1:2) sonra qalmaqal baş verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qalmaqalın mərkəzində MY-nin baş məşqçisi Joze Mourinyo durub. "Mançester Sitinin futbolçuları qarşılaşmadan sonra qələbəni çılğınlıqla qeyd ediblər. Bu da Mourinyonun xoşuna gəlməyib.

O, "Mançester Sitinin paltardəyişmə otağına gələrək, futbolçulardan sakitləşməyi tələb edib. Onun bu tələbi mübahisəyə çevrilib. Əsəblərini cilovlaya bilməyən Mourinyo əlindəki su butulkasını MS-nin qapıçısı Edersonun başına çırpıb.

Dava-dalaşda "şəhərlilərin köməkçi məşqçisi Mikel Arteta da xəsarət alıb. Onun qaşı partlayıb.