Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Unikal.org xəbər verir ki, qarşılaşma 2018-ci il fevralın 2-də Türkiyənin Antalya şəhərində təşkil olunacaq. Məlumatı AFFA yayıb.

Bu oyun millinin yeni baş məşqçisi Qurban Qurbanovun "sükan arxasında ilk sınağı olacaq.