Sosial şəbəkələrdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinin yeni şəkilləri paylaşılıb.
Yeni şəkillərdə Qarabağın füsunkar təbiəti əks olunub. Ancaq bununla belə, şəkillərə diqqət yetirdikdə ermənilərin məskunlaşdığı Azərbaycanın tarixi şəhərlərinin xaraba gününə düşdüyü görmək mümkündür.
Evlərin xarici görünüşü Qarabağda yaşayan ermənilərin yaşayış səviyyəsindən xəbər verir. İşğal olunmuş Azərbaycan torpaqlarına ermənilər daha çox yay aylarında axın edir. Çünki Dağlıq Qarabağda iş yerləri demək olar ki, yox səviyyəsindədir. Ermənilər yaşayış səviyyəsi acınacaqlı durumda olduğu üçün Qarabağdan köç edirlər.
Xatırladaq ki, Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Bu torpaqlar tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olub, indiki Azərbaycan Respublikasının isə tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altındadır.(BAKU.WS)