"Gilan Holding"ə daxil olan 3 şirkət fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Belə ki, "Gilan Pasicifik İnşaat Materialları MMC, "Gilan Motors MMC və "Gilan Sement MMC ləğv olunub.
Unikal.org report-a istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, N.Nərimanov prospekti,206, məhələə 466 ünvanına bildirə bilərlər.
"Gilan Pasicifik İnşaat Materialları rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub. "Gilan Sement 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib. "Gilan Motors isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur.