"O Səs Türkiyə" musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb.
Unikal.org xəbər verir ki,Ceren Düzovaadlı türkiyəli iştirakçının Azərbaycan mahnısı olan "Aman ayrılıq"ı ifa etməsi maraqlı anlara səhnə olub. Belə ki, Cerenin ifasını bəyənərək dönən münsiflərin (Murat Boz, Gökhan, Yıldız Tilbe, Hadise) bir ağızdan ilk sözü "Azərbaycandansan" olub. Cerenin "Xeyr, Türkiyədənəm" deməsi münsifləri çaşbaş salıb və təəccüblərini gizlədə bilməyiblər.