Tanınmış müğənni Roza Zərgərli "Roza Zərgərlinin məşuqu bu icra baçısının kürəkəni imiş" başlıqlı yazını yayımlayan saytları məhkəməyə verib.
Unikal.org-un məlumatına görə Roza Zərgərli BİG.Az saytına qarşı iddia qaldıraraq 100 000 manat məbləğində mənəvi zərərin ödəniləsini məhkəmədən xahiş edib. Yazının mənbəyinin başqa sayt olmasına baxmayaraq müğənni məhz və yalnızca Big.Az saytını cavabdeh qismində iddia ərizəsində qeyd edib. Təxminən 3 aya yaxındır davam edən məhkəmə prosesindən sonra Roza Zərgərlinin iddiası rədd edilib. Bu barədə saytın vəkili Əlibaba Əliyev açıqlama verib. O, qeyd edib ki, yekun olaraq qətnamə qəbul edilib və Roza Zərgərlinin iddiası rədd edilib:
"Roza Zərgərli 2017-ci ilin oktyabr ayında şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar təkzibin verilməsi, üzr istənilməsi və 100 000 manat məbləğində mənəvi zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib.
İş üzrə əsas məqam ondan ibarət idi ki, xəbəri ilkin yayan kütləvi informasiya vasitəsi Big.az saytı deyildi. Big.az həmin xəbəri ilkin mənbə olan sayta istinad verməklə və eyni məzmundə yayımlayıb. Lakin buna baxmayaraq Roza Zərgərli yalnız sözügedən saytın rəhbərinə qarşı iddia qaldırmışdı. Cavabdeh olaraq məhkəmədə KİV haqqında qanunvericiliyin məsuliyyətin istisna edilməsi ilə bağlı müddəalarına istinad edərək məlumatı ilkin yayanın BİG.AZ olmamasına görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdik. Buna müvafiq olaraq, bu saytdan əvvəl eyni məzmunda başqa saytlarda çıxan yazılara dair sübutları məkəməyə təqdim etdik. Hüquqşünas Əlibaba Əliyev sonda qeyd edib ki, "məhkəmə çıxışları dinlənildikdən sonra 13 dekabr 2017-ci il tarixdə hakim Ramin Quliyevin sədrliyi keçən məhkəmə prosesi yekunlaşdı və qarşı tərəfin iddiasının tam şəkildə rədd olunması barədə qətnamə qəbul edildi."