Azərbaycanda alış-veriş saytlarının birində "it satılır elan yerləşdirilib.
Unikal.org-un məlumatına görə, şəxsi əşyalarını və ya mülklərini satmaq üçün istifadə olunan saytda qadağan olunmuş it növünün satış elanı verilib.
Elan sahibi "Volkodav cinsli it üçün 10 min manat qiymət qoyub. Sahibinin bildirdiyinə görə qarışığı olmayan, təmiz növdür.
Qeyd edək ki, alimlərin fikrincə yarı it, yarı canavar olduğu üçün bəzi hadisələrə canavar kimi reaksiya verərək vəhşiləşə bilir. Bu səbəbdən də bu itlərin ev iti kimi saxlanılması bəzi ölklərdə qadağan edilib.