80 yaşlı amerikalı məşhur aktyor Dustin Hoffman üç qadın tərəfindən cinsi təcavüz və təqibdə ittiham olunub.
Unikal.org xəbər verir ki, American Variety jurnalının bir hesabatına görə, Hoffman 1980-87-ci illərdə üç qadına cinsi təcavüzdə ittiham olunub.
Şikayətlərin ardından, Hoffmanın vəkili Mark Neubauer iddiaların əsassız olduğunu və məlumatların həqiqəti əks etdirmədiyini deyib.
Aktyor 1985-ci ilin noyabr ayında 17 yaşlı Anna Graham Hunter adlı qıza film çəkilişlərində təcavüz edib.
Hoffman məsələ ilə bağlı açıqlama verib və baş verən hadisələrlə bağlı təcavüzə uğrayan qadınlardan üzr istəyib:
"Mənim qadınlara böyük hörmətim var. Əgər etdiyim hər hansısa bir hərəkət onları narahat edibsə üzr istəyirəm. Mən əslində belə biri deyiləm".