Tanınmış aktyor Hikmət Rəhimovla "Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb.
Unikal.org xəbər verir ki, M. Hətəmovun "Üçüncü günün adamı filminə görə 5-ci Antakya beynəlxalq film festivalında "Ən yaxşı kişi aktyoru nominasiyasına layiq görülən aktyorun mükafatı almasında rolu olduğunu iddia etməsi H. Rəhimovu özündən çıxarıb:
"Bunu deməliyəm, çünki səhərə qədər əsəbimdən yata bilməmişəm. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, "Hikmətin aldığı mükafatı mən həll etmişəm. Hətəmov, mən də sənə deyirəm ki, tüpürüm o mükafata ki, onu sən mənə vermisən və orda-burda bunu başa vurursan. Rahat ol, dilimə gətirən də deyiləm. Səni ora işləməyə qoyublar, daha mütilik etməyə yox. Adamını tanı, ağıllı ol. Məni ətrafındakılarla səhv salma.