Xəzər TV-də yayımlanan "5-də 5 verilişinin aparıcısı Zaur Kamala sürpriz olunub.

Unikal.org-un məlumatına görə, ötən gün Zaurun doğum günü olduğu üçün proqrama dəvət olunmuş qonaqlar studiyaya hədiyyələrlə gəlib. Həmçinin bir çox şou-biznes nümayəndələri də aparıcıya ad günü münasibəti ilə hədiyyələr göndəriblər.

Lakin aparıcıya ən böyük sürpriz anasının studiyaya gəlməsi olub. Tortla canlı efirə qatılan anası Zauru təbrik edib və ona ən xoş arzularını çatdırıb.

Məlum olub ki, aparıcı ilə birgə anasının da həmin gün doğum günüdür.