Əməkdar artist Röya Ayxan bu dəfə ATV-nin aparıcısı Afaq Gəncəliyə söz atıb.
Unikal.org xəbər verir ki, müğənni aparıcının "ATV maqazin onlarla proqramında ona qadağa qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi verilişin "Hit parad rubrikasında adının çıxarılmasına da instaqramda etiraz edib:
"Bunlar düzdür mənim "Kufşinim? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (red: Röya Ayxanın anası), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm.
Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı "stardır.
Hətta, sənətçinin mahnısı "Hit parad rubrikasından çıxarılmışdı.