Müğənni Nazənin Təranə Qumralın ötən gün dediyi "onun oğlu cin çıxarandır sözlərinə cavab verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Nazənin "Bizimləsən verilişinə qoşularaq T.Qumralın ittihamlarına münasibət bildirib:
"Çox-çox üzr istəyirəm ki, orada gözəl məsələlər müzakirə olunduğu anda bu mövzuda danışıram. Heç istəməzdim ki, bu məsələ bu dərəcəyə çatsın. Amma səhər yuxudan dururam ki, yeni bir xəbər yazıblar. Bu insan gör nə qədər azğınlaşıb ki, indi də balalarıma keçib. Mən artıq bilmirəm ki, nə edim. Hüquq dedilər, hüquqa verdik. Susuram, o danışır. Verilişlərə çıxır, atmaca atır. Cavab vermirəm, görürəm ki, bir az da danışır. Ona cavab da verirəm, deyirlər ki, Nazənin xanım da danışdı. Axı nə edim? Mənim şəklimlə onun şəklini yan-yana qoyurlar, ona da pis söz yazırlar, mənə də. Bu, mənə ağır gəlir. Bu insan məhkəmədə uduzub. İnsanlarda çaşqınlıq yaradıb ki, guya mənə deyib, 5 dəfə ərdə olmusan, mən də onu məhkəməyə vermişəm. Əsla belə bir şey olmayıb. Onun davası mənimlə yox, yoldaşımladır. Yoldaşımdan əl çəkmir. İndi də mənim balalarımdan əl çəkmir. Bu qadın nə etmək istəyir? İstəyir ki, söz atsın, mənim balalarım da hirslənib, artıq hərəkət etsin? Allahdan hər gün səbr istəyirəm. Bunun yerinə kim olsa, abrına qısılar, danışmaz. Çünki bilir ki, çox biabırçı şeylər olub. Və bunlar da məhkəmədə təsdiq olunub. Mən bu qadının yerinə danışmağa utanıram.
Nazənin Təranə Qumralın dediyi "O, illər öncə Musaya zəng edib ki, gəl birlikdə toya gedək, sən başqa maşında gəl, mən də başqa sözlərinə də münasibət bildirib: "Musanın ixtiyarı var ki, telefona "Alo deyə? Musanın ixtiyarı var ki, telefon işlədə? Onun ixtiyarı var ki, anasına "Alo deyə? Sən bunları kimə gəlirsən? Bu böhtanları kimə atırsan? Hansı toy sahibi deyə bilər ki, biz onunla toy danışmışıq? Musa var? Musa yoxdu. O, sadəcə maketdir. İndi də mənim balalarımdan əl çəkmir. Mənim dünyasını dəyişmiş, kəndin ağsaqqalı olan atamdan nə istəyir? Bəyəm dini-imanı olan, alnını möhürə qoyan insanı şərləmək düzgündürmü? Bu, hansı kitabda var? Hər kəs mənim atamın kim olduğunu araşdırsın, daha sonra onun atasının kim olduğunu soraqlasınlar. Bircə bu qalıb ki, bunu da ortalığa çıxarım.
Bu insana artıq cinayət işi açılıb, deyir, onu elə bir həddə çatdıracam ki, oğlu mənim üstümə gəlsin, onu tutdurum. Axı bunlar zaman-zaman olub. Bu qadının 7 ildir ki, davası mənimlə yox, yoldaşımladır. Bunun əri ola-ola mənim yoldaşımdan nə istəyir? Mən danışdıqca batacaq. Niyə şərait yaradır ki, mən danışım? O deyir ki, itirəcəyi heç nəyi yoxdur. Çünki yiyəsi yoxdu. Amma məni itiriləsi çox şeyim var. Baxın, bu sözləri sizin yanınızda dediyimə görə utanıb yerə girirəm. Görün indi biz nə məsələsini müzakirəyə çıxarmışıq. Deyir ki, Nazənin haqqında kitab yazıram. Əri efirdə çıxıb dedi ki, arvadımı başqası ilə tutdum. Televiziyalar da bunu "Santa Barbara serialı kimi çəkdi. İndi də utanmır ki, mənim barəmdə kitab yazır. Mənim alnım açıqdır".
İfaçı bildirib ki, T.Qumralla olan məhkəməsi yekunlaşıb: "Məhkəmə də başa çatdı. Bu adam 3500 manat təzminat ödəyib. Biri ona sual versin ki, 3500 manatı niyə ödəyib? Normal ailəli qadındırsa, bunun adı mənim yoldaşımla məhkəmələrdə niyə çəkilir? Hazırda onun əmlakına niyə həbs qoyulub? Ölkədən çıxışına niyə qadağa qoyulub? O, çıxıb üzr istəməlidir. Niyə? Çünki bu adam saat yarım efirdə mənə, mənim balalarıma nələr dedi. Artıq deyəcəm. Ona sübut da etdim. Ərin ola-ola mənim həyat yoldaşımla otellərdə nə işin var idi? Bax bunlar indi meydana çıxıb. Sənə bu gün niyə iş kəsilib? Sən bu cür işləri görə-görə çıxıb mənə efirdə şərlər atdın. Bu gün də dayanmırsan. Sus artıq. Mən sənin balalarından danışsam, sən gərək Azərbaycandan qaçasan.
Qeyd edək ki, T.Qumral ötən gün "İnstagram səhifəsində status paylaşaraq, Nazəninin oğlunun cindar olduğunu iddia etmişdi: "Eşitdiyimə görə, Nazənin xanımın oğlu Fəxi cindardır. İnsanların bədənindən cin çıxarır. Deyirəm ki, anasının bədənindəki cini çıxartsın ki, mənə baxanda cin-şeytan görməsin. Hər səhər görürəm ki, cinləri qalxıb. Fəxi, onun canındakı cini bədənindən çıxart, qiyməti nədirsə, göndərim. Bəlkə elə biləcəksiniz, yalan yazıram. Yox, and olsun Allaha düz deyirəm. Nazənin xanımın rəhmətlik atası kəndin mollası olub. Cin çıxartma da babadan nəvə Fəxiyə miras qalıb.