Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib.
Unikal.org-un məlumatına görə, ifaçı Mənzil Kommunal İstismar İdarəsinin işçilərinin əməyini belə qiymətləndirib:
"Hər gün bu analar bacılar şəhərimizin təmizliyi ilə məşğuldurlar. Aldıqları məvacib o qədər çox olmasa da, öz əllərinin zəhməti ilə qazanırlar. Ey insanlar, gəlin, onları qiymətləndirib şəhərimizi təmiz saxlayaq. Allaha da, onlara da xoş gedər! Mənim zəhmətkeş bacılarım, sizə baxanda yolunu azmış "qadıncıqlara yazığım gəlir. Siz çox yüksəkdəsiniz, amma onlar əxlaqsız yollarla sizdən çox qazansalar da, yenə aciz, yoxsul və yazıqdılar. Çünki yüksək qadın adını pula satırlar. Sizinlə isə fəxr etməyə dəyər. Əllərinizdən öpürəm, Azərbaycan qadını. Qarşınızda baş əyirəm. Allah köməyiniz olsun. Amin.