Atletika üzrə ikiqat Avropa çempionu Naycel Levayn dopinq qalmaqalının antiqəhrəmanı olub. 

Unikal.org-un məlumatına görə, böyük britaniyalı atletin A probunda qadağan olunmuş preparat aşkarlanıb.

28 yaşlı idmançının orqanizmində klenbuterol olduğu müəyyənləşib. Lebaynın B probunun yoxlanması yaxın günlərdə gerçələşəcək.

Qeyd edək ki, Levayn qitə çempionluqlarını 4x400 m məsafəyə estafet qaçışında əldə edib.