Siqaret çəkmək insanın həm özünə həm də ətrafındakılara kifayət qədər ziyan vurur. Bu zərərli vərdişdən yaxa qurtarmaqsa çox çətindir.

Unikal.org siqareti əvəz edib, orqanizmi sakitləşdirən çay reseptini təqdim edir. Bunun üçün lazımdır:

Sarı kantoron otu

Labrador çayı

Hər iki bitkidən 1 xörək qaşığı götürüb, 800 millilitr qaynar suya tökün. 20 dəqiqə dəmlədikdən sonra 3 saat da kənarda saxlayın. Hər içəndə üzərinə qaynar su da əlavə edin.

Bu çay, siqaret çəkmək istəyini söndürür, aclığı yatırdır və məkana gözəl ətir bəxş edir.

Dəmlədiyiniz bu bitki qarışımını otaq temperaturunda 3 gün ərzində saxlamaq olar.