"Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları Departamenti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2018-ci il ərəfəsində gücləndirilmiş iş rejimində çalışır.
Unikal.org-a "Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.
"Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir, - deyə məlumatda qeyd olunub.
Qurum sərnişinlər nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.