Xəbər verdiyimiz kimi, bir neçə ay bundan əvvəl, Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasının üzvü Xumar Məmmədovanın şəxsi məşqçisi Kərim Kərimlidən hamilə qalması xəbəri yayılmışdı. Lakin hər iki tərəf sözügedən informasiyanı təkzib etdilər.
Hətta ilk dəfə Unikal.org-a danışan Xumar Məmmədova övladının atasının məşqçisi olmadığını söyləmişdi.
O, övladının doğum şəhadətnaməsinin şəkilini göndərəcəyinə söz vermişdi. Qadın idmançı yenidən redaksiyamızla əlaqə saxlayaraq doğum şəhadətnaməsinin şəkilini göndərib.
Şəhadətnamədə qeyd edilib:
Uşağın adı: "Məmmədov Fəqan Əkbər oğlu
Uşağın atası: Məmmədov Əkbər Bariz oğlu
Anası: Məmmədova Xumar Müşviq qızı
Doğum tarixi: 17 may 2017
Nəzərinizə çatdıraq ki, Xumar Məmmədova qeyri-rəsmi nigahda olduğu Məmmədov Əkbər Bariz oğlundan ayrılıb.