Müğənni Rihannaya ağır itki üz verib.
Unikal.org bildirir ki, ötən gün 29 yaşlı aktrisanın əmisi oğlu Alien güllələnib.
Bu barədə sənətçi İnstaqram səhifəsində qohumu ilə çəkdirdiyi fotonu paylaşaraq məlumat verib:
"Məkanın cənnət olsun. İnana bilmirəm. Elə dünən səni qucaqlamışdım. Təsəvvür də edə bilməzdim ki, səni sonuncu dəfə görürəm. Həmişə səni sevəcəm".
Qeyd edək ki, insident məşhurun vətəni Barbadosda baş verib. Rihannanın da iştirak etdiyi Milad bayramı ilə bağlı şam yeməyindən sonra gənc küçə ilə gedərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb.
21 yaşlı Alien yerindəcə keçinib.
Hadisə ilə bağlı araşdırma aprılır, ifaçının qohumunun kim tərəfindən öldürüldüyü axtarılır.