Bu gün günorta saatlarında Şəki şəhəri Şəhriyar küçəsi ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Xuraman Nurəddin qızı Əkbərova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Unikal.org xəbər verir ki, MRX-dan apa-ya verilən məlumata görə, müayinə zamanı 56 yaşlı Xuraman Əkbərovanın yaşadığı ünvanda dəm qazından zəhərlənməsi məlum olub.
Xəstəxananın reanimasiya yerləşdirilən Xuraman Əkbərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.