Tovuzda axşam saatlarında qatı duman olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumta görə, saat 19 radələrindən başlayaraq duman Bakı-Qazax-Gürcüstan magistralında, eləcə də rayondaxili yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Sürücülər yollarda sürət həddini aşağı salmağa, qəza işıqlarından və duman əlehinə işıqlardan istifadə etməyə məcbur olublar.