Mingəçevir şəhərində yeniyetmə qız intihara cəhd edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin N.Rəfibəyli küçəsi, 11 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü N.O yaxınları ilə mübahisə etdikdən sonra sirkə turşusu içərək özünü öldürmək istəyib. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.