Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, yolun 464-cü kilometrliyində, Ağstafa rayonu ərazisindən keçən hissəsində "Mercedes və "Mitsubishi markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.