Portuqaliyada 50 nəfərlik qrup girdikləri restoranda dönər yeyiblər. Lakin onlar hesabı ödəmədikdə imtina ediblər.
Unikal.org atv.az-a istinadən xəbər verir ki, Lissabondakı restoranlardan birində administratorluq edən türkiyəli dönərçi Mustafa Qartal ilə dəstə üzvləri arasında mübahisə yaranıb. Onlar dönərçiyə hədə-qorxu gələrək, hesabı ödəmək istəmədiklərini bildiriblər. Bundan sonra tərəflər arasında dava düşüb. Mustafa Qartal dönər bıçağı ilə xuliqanlara sözün əsil mənasında dərs keçib.