Böyük səkkizlər formatı artıq mövcud deyil.
Bunu "Şpiqel" jurnalına açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib. Onun sözlərinə görə, Rusiya bundan sonra heç vaxt böyük səkkizliyə üzv ola bilməyəcək.
O, həmçinin G8-in yaradılmasına Vaşinqtonun da maneə yaratdığını bildirib.
Xatırladaq ki, Rusiyanın Krımı anneksiyasından sonra Rusiya Böyük Səkkizlərdən çıxarılıb və hazırda G7 formatı fəaliyyətdədir. (Axar.az)