Azərbaycanlı tələbə Tünzalə Məmmədzadə dokdurantura pilləsində təhsil aldığı Mərmərə Universitetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ipək üzərində hazırladığı "Qurani Kərim kitabını hədiyyə edib.

Unikal.org xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu gün Universitetin yaranmasının il dönümü mərasimində iştirak edib. 

Prezidentin iştirak etdiyi tədbirdə tələbələrdə olub. İştirak edənlər arasında Tünzalə Məmmədzadə də yer alıb. 

O, hazırladığı "Qurani Kərim kitabını tədbirin sonunda Ərdoğana hədiyə edib. Sözügedən kitab T. Məmmədzadə tərəfindən 3 il müddətində 50 metr ipək parçadan hazırlanıb. Kitabın səhifələri şəffaf ipəkdəndir. Hərflər isə qızılı və gümüşü rəngli boyalardan istifadə olunaraq yazılıb.

Ərdoğan hədiyyəni gördükdə, öpüb alnına qoyub.