Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında aviasiya üzrə saziş, demək olar ki, artıq razılaşdırılıb.
Unikal.org-un xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib. Səfirin sözlərinə görə, sazişlə bağlı sadəcə son nöqtəni qoymaq lazımdır: "Düşünürəm ki, yanvar- fevral aylarında bu mümkün olacaq".
Kestutis Yankauskas həmçinin qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar dinamik aparılır.