Məşhurlarımız arasında olan rəqabət bir müddət sonra sosial mediaya daşınıb.
"Like, "Comment və izləyici yarışına çıxan tanınmışlar saxta izləyici ovuna çıxmaqdan belə çəkinməyiblər.
Unikal.org oxu.az-a istinadən "Keepface marketinq şirkətinin təqdim etdiyi rəsmi sosial media statistikasını təqdim edir.
Bu siyahıda "Instagramda izləyici sayı bir milyonu ötmüş beş məşhurumuz yer alır. Ən çox izləyici sayına görə sıralama belədir:
Müğənnilər Sevil və Sevinc Səfərovalar: 1 milyon 348 min 172 izləyici.
Əməkdar artist Röya Ayxan: 1 milyon 229 min 666 izləyici.
Aparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyevalar: 1 milyon 28 min 992 izləyici.
Müğənni Günay İbrahimli: 1 milyon 670 izləyici.
Müğənni Roza Zərgərli: 1 milyon 535 izləyici.
Bu məşhurların hər paylaşımına gələn ortalama "like və "comment sayına gəldikdə isə, Sevil və Sevincə ortalama 26 min 900 nəfər, Röyaya 22 min 400 nəfər, Zaur və Günaya 16 min 680 nəfər, Günaya 14 min 460 nəfər, Roza Zərgərliyə isə cəmi 6 min 260 nəfər reaksiya verir.
Paylaşımlar arasında ən çox şəkli bəyənilən məşhura gəldikdə, burada birinci yeri Röya Ayxan tutur. Onun bir şəklinə 72 min 432 bəyənmə gəlib. Bu siyahıda sonuncu yer isə Günay İbrahimliyə nəsib olub. Onun ən çox bəyənilən fotosu 26 min 925 "like alıb.
İzləyicilərin cinsinə görə olan müqayisəyə gəlsək, kişiləri ən çox özünə cəlb edən Roza Zərgərlidir. Onun 79,8 faiz izləyici kişi, qalanı isə qadındır. Günay İbrahimli isə 67.3 faiz kişinin diqqət mərkəzindədir. 61 faiz kişinin seçimi Sevil və Sevincdir. Zaur və Günayın kişi "followerlərinin sayı qadınlardan çoxdur - 56.4 faiz. Əməkdar artist Röya Ayxanın izləyicilərinin təxminən 670 min nəfəri kişilərdən ibarətdir.
İndi isə məşhurlar arasında "filankəsin izləyici sayı saxtadır deyimini təsdiq və inkar edən statistikaya gəlirik. Bu siyahıda hansı məşhurun Azərbaycandan daha çox izləyicisi olduğu ortaya çıxır. Beləliklə, kimlər "fake izləyicilər vasitəsilə şəxsi "Instagram hesabını artırıb, məlum olur.
"Keepfacein statistikasına görə, yerli və orijinal izləyicisi ən çox olan məşhurlar Röya Ayxan, Günay İbrahimli, Zaur və Günay cütlüyüdür. Roza Zərgərli, Sevil və Sevinc bacıları isə bu siyahıdan "üzü qara çıxıb. Belə ki, Rozanın azərbaycanlı izləyici 49,5, Sevil və Sevincin isə 57,7 faizdir.
Bu məşhurların hansı kütləyə daha çox xitab etməsi də siyahıda yer alıb. Azərbaycandilli təbəqənin ən çox izlədiyi məşhurlar Zaur və Günaydır. Bu siyahıda sonuncu yerdə isə 32.5 faizlə Roza Zərgərli qərarlaşıb.