İran prezidenti Həsən Ruhani bu ilin mart ayında Azərbaycana səfər edəcək.
Unikal.org apa-ya istinadən xəbər verir ki, səfər Novruz bayramından bir həftə sonra, martın 29-da gözlənilir.
Qeyd edək ki, İran prezidentinin səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq.