Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransada işgüzar səfərdə olacaq.
Bu barədə Unikal.org-a XİN-dən məlumat verilib.
Səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun Fransadan olan həmkarı və digər rəsmi şəxslər, həmçinin YUNESKO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.