Türkiyənin məşhur aktyoru Turan Özdəmir dünyasını dəyişib. O bir müddət idi ki, xəstə imiş. 

Unikal.org Türkiyə mətbuatına istinadən cəbər verir ki, 65 yaşlı aktyor infarktdan keçinib.

Qeyd edək ki, T.Özdəmir bir çox serial və filmlərdə rol alıb. O, yaxın illərdə "Pis yedili, "Cennet mahallesi, "Geniş ailə kimi seriallarda oynamışdı.