Bu gün Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb.
Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, açılışda Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkədə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.
Bakı-Sofiya aviareysin açılması barədə razılıq Prezident İlham Əliyev və onun bolqar həmkarı Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində əldə olunub. Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi ilk Avropa İttifaqı şəhəri olub. Uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri həyata keçiriləcək.