Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-noyabr aylarında ölkə üzrə 132 002 doğulan körpə qeydə alınıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub.
Məlumata görə, körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.