Müğənni Manaf Ağayev hər kəsi şoka salacaq açıqlama verib.
Unikal.org xəbər verir ki, "Hər şey daxil verilişinə qonaq olan ifaçı bildirib ki, həbsdə olan müğənni Fədayə Laçının ailəsini kirayə qaldıqları evdən çıxarırlar: "Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Məsələn, Fədayə Laçından danışdınız. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Kirayə qaldıqları evdən çıxardırlar. Yəqin, imkanları, çörək qazananları yoxdur. Ona görə də işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Bilmişəm ki, onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. (lent.az)