Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək.
Unikal.org-un məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. O deyib ki, görüşün fevralın 20-dən sonra Bakıda keçirilməsi nəzərdə tutulur.
Sonra isə sərhəddə Qusar ərazisində sərhəd nişanlarının qoyuluş mərasimi keçiriləcək.
Nazir müavini qeyd edib ki, Gürcustanla dövlər sərhədinin delimitasiya uzrə növbəti görüşü bu ilin birinci kvartalına planlaşdırır.
"Ekspert görüşü və komissiya çərşivəsində geniş müzakirələr aparacayıq".