Xalq artisti Faiq Ağayev Türkiyənin Star televiziyasında yayımlanan "Zühal Topalla izdivaç" verilişində məşhurlaşan Naz Milanı sərt tənqid edib.
Unikal.org-un məlumatına görə, Nazın 20 yanvar -” Ümumxalq Hüzn Günündə İstanbulda kef məclisində iştirak edəcəyini bəyan etməsi, hətta İnstagram səhifəsində bu barədə paylaşım etməsi xalq artistini hiddətləndirib.
Faiq Ağayev Facebook səhifəsində qeyd edib ki, belə manqurtluğa yol verənlər 20 Yanvar dəhşətini formal qəbul etməyə başlayıblar.
"Hansı mühitdə böyüyüb 1-ci fotodakı bu şəxs? Nə yeyib, nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki - belə... Formal qəbul etməyə başlayıblar 20yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülüm.
Faciədir!, - deyə xalq artisti qeyd edib.