Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefonla danışığı zamanı Vaşinqtonu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.

Unikal.org-un xəbərinə görə, bu barədə "Milliyet məlumat verib.

Öz növbəsində, ABŞ prezidenti Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib.

"Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır, Ağ Evin məlumatında bildirilib.